AZ

Final seriyasının təqvimi açıqlandı

Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb.

“Qafqazinfo” Azərbaycan Basketbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, həlledici final seriyasında iştirak edəcək son çempion “Sabah” və debütant “Xəzri” klubları arasında baş tutacaq oyunların tarixi dəqiqləşib.

Belə ki, “Sərhədçi” İdman Mərkəzində keçiriləcək final seriyasının açılış oyunu, may 16-ı saat 19:30 -da start götürəcək. Super seriyanın ikinci oyunu mayın 19-u, üçüncü oyunu isə mayın 22-sidə oynanılacaq. Final seriyasında qarşılıqlı qələbələr olarsa, o zaman seriyanın 4 və 5-ci oyunları, müvafiq olaraq 24 və 28 mayda keçiriləcək.

Qeyd edək ki, bütün oyunlar saat 19:30 -da başlayacaq. Final seriyasında ən tez üç qələbə qazanmış komanda isə çempion olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
50

1Mənbələr

Şərh ()
Bağla