AZ

Azərbaycan basketbol liqası: Final seriyasının ilk oyunu keçirilib

Mayın 16-da Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının ilk oyunu keçirilib. “Sabah" və "Xəzri" komandaları arasında final seriyasının birinci oyununda arenada əsl anşlaq yaşanıb. Oyunun əvvələrindən üstünlüyü ələ keçirən "Xəzri", yekunda 95:70 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" final seriyasında 1:0 hesablı üstünlük əldə edib. 

Fins.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşmanı təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və gənclər və idman naziri Fərid Qayıbov da izləyiblər.

Qeyd edək ki, seriyanın növbəti oyunları mayın 19-da və 22-də keçiriləcək. Final seriyasında üç qələbə qazanan komanda Azərbaycan çempionu adını qazanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
50
fins.az

10Mənbələr