AZ

Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan RespublikasınınSəmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin AliMəclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, görüşdə dost vəqardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafındanməmnunluq ifadə olunaraq, xalqlarımız arasında oxşar dini və mənəvidəyərlərin, dil birliyinin dərin tarixi köklərə malik olanəlaqələrimizin daha da dərinləşməsinə böyük töhfələr verdiyidiqqətə çatdırılıb.

Söhbət zamanı əlaqələrimizin dərinləşməsində ölkə başçılarınınrolu xüsusi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Özbəkistanprezidentlərinin yüksək iradəsi sayəsində ikitərəflimünasibətlərimiz yeni mərhələyə daxil olub və hazırda ölkələrimizbir çox sahələrdə uğurla əməkdaşlıq edirlər.

Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə öztorpaqlarını işğaldan azad etməsinin Özbəkistanda da sevincləqarşılandığını bildirən Tənzilə Narbayeva Azərbaycan xalqınınhazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq və yenidənqurmaişlərini böyük uğurla həyata keçirdiyini söyləyib. O, özününölkəmizə səfəri çərçivəsində Şuşa şəhərinə getdiyini xatırladaraq,həmin ərazilərdə görülən işlər və Şuşanın gözəlliyi haqqında müsbəttəəssüratlarını bildirib.

Senatın sədri Azərbaycan Prezidentinin öz ölkəsinə və xalqınamöhtəşəm uğurlar qazandıran lider olmaqla yanaşı, həmçinin dünyamiqyasında böyük hörmət və ehtiram göstərilən siyasətçilərdən biriolduğunu vurğulayıb.

Milli Məclisin sədri görüşdə Azərbaycan Prezidenti İlhamƏliyevin "Bizim ailəmiz Türk dünyasıdır" fikrini xatırladaraq, türkdövlətləri arasında əlaqələrin dərinləşməsində Azərbaycan vəÖzbəkistanın dövlət başçılarının rolunu xüsusi qeyd edib. O, deyibki, millət vəkilləri də bu istiqamətdə görülən işlərə özünəməxsustöhfələr verməlidir.

Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafındaparlamentlərin roluna da diqqət yetirilərək, qanunvericiorqanlarımız arasında sıx təmasların mövcud olduğu bildirilib.Spiker Sahibə Qafarova deyib ki, qarşılıqlı təmaslarıngenişləndirilməsi parlamentlərimiz arasında münasibətlərininkişafına əsaslı töhfələr verir. O, hər iki ölkənin qanunvericiorqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb.Qeyd edilib ki, parlamentarilərimiz müxtəlif beynəlxalq təşkilatlarçərçivəsində uğurla əməkdaşlıq edir və bir-birinin mövqelərinidəstəkləyirlər. O cümlədən, ikili standartlara, beynəlxalqplatformalarda ölkələrimiz haqqında qərəzli münasibətə qarşı bundansonra da birgə mübarizənin vacibliyi vurğulanıb. Tərəflərparlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsiimkanlarını da nəzərdən keçiriblər.

Söhbət zamanı Asiya Qadın Forumunun əhəmiyyəti və müzakirəolunacaq mövzuların aktuallığı barədə də fikir mübadiləsi aparılıb.Spiker Sahibə Qafarova dost və qardaş Özbəkistanın belə mühüm birbeynəlxalq tədbirə evsahibliyi etməsindən məmnunluğunu ifadəedərək, Forumun yüksək səviyyədə təşkil olunacağına əminliyinibildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.

Sahibə
Sahibə
Sahibə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
24

1Mənbələr

Şərh ()
Bağla