AZ

Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Bu barədə Sabahinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

    Senatın sədri Azərbaycan Prezidentinin öz ölkəsinə və xalqına möhtəşəm uğurlar qazandıran lider olmaqla yanaşı, həmçinin dünya miqyasında böyük hörmət və ehtiram göstərilən siyasətçilərdən biri olduğunu vurğulayıb.

    Milli Məclisin sədri görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" fikrini xatırladaraq, türk dövlətləri arasında əlaqələrin dərinləşməsində Azərbaycan və Özbəkistanın dövlət başçılarının rolunu xüsusi qeyd edib. O, deyib ki, millət vəkilləri də bu istiqamətdə görülən işlərə özünəməxsus töhfələr verməlidir.

    Görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin roluna da diqqət yetirilərək, qanunverici orqanlarımız arasında sıx təmasların mövcud olduğu bildirilib. Spiker Sahibə Qafarova deyib ki, qarşılıqlı təmasların genişləndirilməsi parlamentlərimiz arasında münasibətlərin inkişafına əsaslı töhfələr verir. O, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini xatırladıb. Qeyd edilib ki, parlamentarilərimiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və bir-birinin mövqelərini dəstəkləyirlər. O cümlədən, ikili standartlara, beynəlxalq platformalarda ölkələrimiz haqqında qərəzli münasibətə qarşı bundan sonra da birgə mübarizənin vacibliyi vurğulanıb. Tərəflər parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarını da nəzərdən keçiriblər.

    Söhbət zamanı Asiya Qadın Forumunun əhəmiyyəti və müzakirə olunacaq mövzuların aktuallığı barədə də fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova dost və qardaş Özbəkistanın belə mühüm bir beynəlxalq tədbirə evsahibliyi etməsindən məmnunluğunu ifadə edərək, Forumun yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.


    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    102
    24
    sabahinfo.az

    10Mənbələr