AZ

İrəvanda polis etirazçıların həbsini davam etdirir

Bakı. Trend:

İrəvanda polis etirazçıların həbsini davam etdirir.

Trend-inməlumatına görə, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasınınrəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi aksiyaiştirakçıları polisə qarşı müqavimət göstərib.

Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub.Erməni fəallarının bildirdiyinə görə, kilsə ilə Ermənistanınhazırkı hökuməti arasında problemlər yeni deyil. Bu problemlər başnazir Nikol Paşinyanın hakimiyyəti dövründə hər zaman özünü büruzəverib. Erməni Apostol Kilsəsi hökumətin siyasətini bölüşmür.

Qeyd olunur ki, həmin etirazçılar xüsusi heç nə etmirlər, sadəcə"Daşnaksütyun"un şüarlarını sözbəsöz təkrarlayırlar. Onlar “Qarabağklanı”nın nümayəndələrinin və şəxsən onun lideri Robert Köçəryanınən yaxın müttəfiqidir. Onlar Ermənistanla Azərbaycan arasındasərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olanbir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülhprosesinə əngəl olmağa cəhd edirlər.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1

1Mənbələr

Şərh ()
Bağla