AZ

İrəvanda 88 etirazçı saxlanılıb

İrəvanda polis etirazçıların həbsini davam etdirir. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İrəvanda səhər saatlarında 88 etirazçı saxlanılıb.

“Operativ Media”nın məlumatına görə, Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi aksiya iştirakçıları polisə qarşı müqavimət göstərib.

Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub. Erməni fəallarının bildirdiyinə görə, kilsə ilə Ermənistanın hazırkı hökuməti arasında problemlər yeni deyil. Bu problemlər baş nazir Nikol Paşinyanın hakimiyyəti dövründə hər zaman özünü büruzə verib. Erməni Apostol Kilsəsi hökumətin siyasətini bölüşmür.

Qeyd olunur ki, həmin etirazçılar xüsusi heç nə etmirlər, sadəcə "Daşnaksütyun"un şüarlarını sözbəsöz təkrarlayırlar. Onlar “Qarabağ klanı”nın nümayəndələrinin və şəxsən onun lideri Robert Köçəryanın ən yaxın müttəfiqidir. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa cəhd edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
operativmedia.az

10Mənbələr