AZ

Zelenski Xarkovla bağlı həyəcan təbili çaldı - VİDEO

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələri üçün Xarkov vilayətində, xüsusən də Volçanskda yaranan vəziyyəti son dərəcə ağır adlandırıb. News365.az xəbər verir ki, o, bu barədə Telegram kanalında videomüraciətində bildirib.

“Xarkov bölgəsinə xüsusən diqqət ayırardım, sərhəd zolağımızın əhəmiyyətli hissəsində şiddətli döyüşlər davam edir", - o qeyd edib.

Zelenski əlavə edib ki, Volçansk şəhərinin kənarında isə “vəziyyət son dərəcə çətindir”. Bundan başqa, onun sözlərinə görə, Pokrovski, Limanski, Vremevski, Kramatorsk və Kupyanski istiqamətlərində ağır durum qalmaqdadır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Xarkov isə son zamanlar əsas hədəfə çevrilib.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
48
news365.az

10Mənbələr