AZ

Zaqatalada 32 yaşlı kişi intihar edib

Zaqatalada intihar hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 06 radələrində rayonun Mazıx kəndində qeydə alınıb.

Kənd sakini 1992-ci il təvəllüdlü Murtuz Mohuma oğlu Həsənovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından asılı vəziyyətdə atası tərəfindən aşkar edilib.

İlkin araşdırma zamanı M. Həsənovun intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1

1Mənbələr

Şərh ()
Bağla