Zaqatalada intihar hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saat 06 radələrində rayonun Mazıx kəndində baş verib.

Kənd sakini 1992-ci il təvəllüdlü Murtuz Mohuma oğlu Həsənovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinin çardağından asılı vəziyyətdə atası tərəfindən tapılıb.

İlkin araşdırma zamanı M. Həsənovun intihar etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info