AZ

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Gürcüstan

Tbilisi, 12 may, AZƏRTAC

Gürcüstan parlamenti ölkədə geniş mübahisələrə səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 12-də keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi mayın 14-də parlamentin müvafiq komitəsində yenidən nəzərdən keçiriləcək və üçüncü oxunuşda qəbul olunacaq.

O diqqətə çatdırıb ki, Gürcüstan parlamentində qərarlar siyasi azlığın tələbi ilə deyil, xalqın əksəriyyətinin mənafeyinə uyğun olaraq qəbul edilir.

Baş nazir deyib: “Sosioloji araşdırmalara görə, Gürcüstan əhalisinin 80 faizindən çoxu qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığı, 60 faizdən çoxu isə "Xarici təsirin şəffaflığı haqqında" qanunu birbaşa dəstəkləyir. Bir neçə gündən sonra parlament gürcü ictimaiyyətinin qeyri-hökumət təşkilatlarının və müvafiq mediaların gəlirlərini təmin etmək, xərcləri ictimailəşdirmək, bununla da ölkədə uzunmüddətli sülhü, əmin-amanlığı və sabitliyi təmin etmək üçün daha güclü təminatlar yaratmaq iradəsini həyata keçirəcək”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
70
2
1

1Mənbələr

Şərh ()
Bağla