AZ

Qalmaqallı qanun bu tarixdə qəbul EDİLƏCƏK

Gürcüstan parlamenti ölkədə geniş mübahisələrə səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək.

 

Viral.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 12-də keçirdiyi brifinqdə məlumat verib.

 

Onun sözlərinə görə, qanun layihəsi mayın 14-də parlamentin müvafiq komitəsində yenidən nəzərdən keçiriləcək və üçüncü oxunuşda qəbul olunacaq.

 

O diqqətə çatdırıb ki, Gürcüstan parlamentində qərarlar siyasi azlığın tələbi ilə deyil, xalqın əksəriyyətinin mənafeyinə uyğun olaraq qəbul edilir.

 

Baş nazir deyib: “Sosioloji araşdırmalara görə, Gürcüstan əhalisinin 80 faizindən çoxu qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığı, 60 faizdən çoxu isə “Xarici təsirin şəffaflığı haqqında” qanunu birbaşa dəstəkləyir. Bir neçə gündən sonra parlament gürcü ictimaiyyətinin qeyri-hökumət təşkilatlarının və müvafiq mediaların gəlirlərini təmin etmək, xərcləri ictimailəşdirmək, bununla da ölkədə uzunmüddətli sülhü, əmin-amanlığı və sabitliyi təmin etmək üçün daha güclü təminatlar yaratmaq iradəsini həyata keçirəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
viral.az

3Mənbələr