AZ

Yelkən Federasiyasının vitse-prezidenti: Məqsədimiz 2028-ci ildə Azərbaycan bayrağını dalğalandırmaqdır

Məqsədimiz 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan bayrağını dalğalandırmaqdır.

"Report"un məlumatına görə, bunu Azərbaycan Yelkən Federasiyasının (SFA) vitse-prezidenti Burcu Algon Giorgianni deyib.

Qurum rəsmisi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Bakı Yelkən Reqatası 2024" barədə fikirlərini bölüşüb.

O, turnirin 4-cü dəfə təşkil olunduğunu xatırladıb: "Üç gün ərzində altı yarış keçirildi. Uşaqlarımız böyük uğurlar əldə etdilər. Bu dəfə Gürcüstan yelkənçiləri də iştirak edirdilər. Yelkən Azərbaycanda yeni idman növüdür. Avropa və dünya çempionatlarında yaxşı çıxış edirik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
report.az

3Mənbələr