AZ

Belqorodda evin girişinin uçması nəticəsində ölənlər tapılmayıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

...Belqorodda çoxmərtəbəli binanın girişinin uçmasından sonra müstəntiqlər terror aktı ilə bağlı cinayət işi açıblar.

SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinə məlumat verilib.

Komitə bəyan edib ki, uçqunagörə məsuliyyət Ukrayna Silahlı Qüvvələrinin üzərinə düşür.

Son məlumatlara görə, hündürmərtəbəli binanın girişinin uçması nəticəsində ikisi uşaq olmaqla azı 12 nəfər xilas edilib.

Dağıntıların təmizlənməsi davam edir.

Müdafiə Nazirliyinin məlumatına görə, şəhərə hücum Ukrayna Silahlı Qüvvələri tərəfindən “Toçka-U” taktiki raket kompleksi, “Alder” reaktiv yaylım atəşi sistemləri və “RM-70 Vampire” komplekslərindən istifadə etməklə həyata keçirilib.

İdarənin məlumatına görə, vurulan “Toçka-U” raketlərindən birinin parçaları Belqorod şəhərində yaşayış binasına ziyan vurub.

Bundan əvvəl Belqorod qubernatoru Vyaçeslav Qladkov Ukraynadan atışma zamanı evə birbaşa mərmi düşdüyünü bildirmişdi.

Onun sözlərinə görə, on mərtəbəli binanın bütün girişi uçub.

Nazlı

Seçilən
60
1

1Mənbələr

Şərh ()
Bağla