AZ

Ağdaşda fərdi yaşayış evində yanğın olub - Video

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdaş rayonu, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 kv.m. olan yeddiotaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 24 kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

Seçilən
158
22
1

1Mənbələr

Şərh ()
Bağla