AZ

İmişlidə fərdi evdə baş verən yanğın qısa müddətdə söndürülüb

İmişlidə

Bakı, 13 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhərinin Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin iki otağının yanar konstruksiyaları 40 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
284
22
azertag.az

10Mənbələr