AZ

Zelenski: Vəziyyət ağırdır

 Ukrayna qüvvələri Xarkov vilayətinin şimal sərhədindəki yaşayış məntəqələri ətrafında müdafiə əməliyyatlarını davam etdirir, prezident Vladimir Zelenski mayın 11-də axşam müraciətində  belə deyib.
 "Sherg.az"ın Ukrayna mətbuatına istinadən məlumatına görə, Rusiya hərbçiləri mayın 10-da Xarkov vilayətində Ukraynanın müdafiə xəttində  həmləyə  cəhd edib,  döyüşlər gedir.
 Zelenski bildirib ki, Strileça, Krasne, Moroxovets, Oliinykove, Lukiantsi, Hatışçe və Pletenivka yaşayış məntəqələri ətrafında döyüşlər davam edir.
 "Bizim qoşunlarımız artıq ikinci gündür ki, Ukrayna ərazisini qoruyaraq  əks-hücumlar həyata  keçirir" - prezident deyib.
 Ukrayna hərbçiləri Moskva qoşunlarının "boz zona"nın sərhəd kəndlərində saxlanıldığını, Rusiya isə beş yerli yaşayış məntəqəsinin - Pletenivka, Ohirtseve, Borysivka, Pilne və Strileçanın tutulduğunu iddia edib.
 Həmçinin bildirilir ki, vəziyyət Donetsk vilayətində, daha doğrusu Semenivka və Netailove kəndləri yaxınlığındakı Pokrovsk istiqamətində xüsusilə gərgindir.
 “Hər gün 30-dan çox toqquşma olur, bu, son dərəcə çətindir”, - deyə Zelenski bildirib.
 Ukrayna qüvvələri Donetsk vilayətinin digər istiqamətlərində, yəni Kupyansk, Lyman, Siversk, Kramatorsk və Vermivka ətrafında müdafiəni davam etdirir.
 “Mövqeləri cəsarətlə müdafiə edən, hücumları dəf edən, Rusiya qüvvələrini  məhv edən hər bir briqadamıza təşəkkür edirəm”, - Zelenski müraciətində deyib.
 Prezident qeyd edib ki , Rusiyanın hücum planlarını pozmaq indi bir nömrəli vəzifədir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
48

1Mənbələr

Şərh ()
Bağla