AZ

UNRWA: 300 min insanın Rəfahdan köç etmək məcburiyyətində qaldığı təxmin edilir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Qəzza zolağının cənubundakı Rəfah şəhərindən 300 min fələstinlinin köç etmək məcburiyyətində qaldığını təxmin edilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirib.

UNRWA-nın "X" hesabında verilən açıqlamada Qəzza zolağında fələstinlilərin məcburi və qeyri-insani köç şərtlərinin davam etdiyi bildirilib.

Açıqlamada, 300 min fələstinlinin Rəfah şəhərindən köç etmək məcburiyyətində qaldığı təxmin edildiyi qeyd edilib və Qəzzada təhlükəsiz yer olmadığı xatırladılıb.

Bildirilib ki, mayın 10-da İsrail Təhlükəsizlik Kabineti Qəzzanın cənubundakı hücumlardan qaçaraq təxminən 1,5 milyon insanın sığındığı Rəfah şəhərində quru hücumlarının başlaması ilə bağlı qərarı təsdiqləyib.

Seçilən
129
1
1

1Mənbələr

Şərh ()
Bağla