AZ

300 min insan Rəfahdan köç etmək məcburiyyətində qalıb

Qəzza zolağının cənubundakı Rəfah şəhərindən 300 min fələstinlinin köç etmək məcburiyyətində qaldığını təxmin edilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) bildirib.

UNRWA-nın "X" hesabında verilən açıqlamada Qəzza zolağında fələstinlilərin məcburi və qeyri-insani köç şərtlərinin davam etdiyi bildirilib.

Açıqlamada, 300 min fələstinlinin Rəfah şəhərindən köç etmək məcburiyyətində qaldığı təxmin edildiyi qeyd edilib və Qəzzada təhlükəsiz yer olmadığı xatırladılıb.

Bildirilib ki, mayın 10-da İsrail Təhlükəsizlik Kabineti Qəzzanın cənubundakı hücumlardan qaçaraq təxminən 1,5 milyon insanın sığındığı Rəfah şəhərində quru hücumlarının başlaması ilə bağlı qərarı təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
1
iqtisadiyyat.az

2Mənbələr