AZ

İsveçrə vitse-kansleri dağda gəzinti zamanı həlak olub

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İsveçrə Federal Şurasının sözçüsü və vitse-kansler Andre Simonazi dağda gəzinti zamanı 55 yaşında dünyasını dəyişib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin hökumət portalında dərc olunan məlumatda bildirilir. 

Açıqlamaya görə, Simonazi mayın 10-da huşunu itirib və daha sonra dağda dünyasını dəyişib. O evlidir və üç övladı var idi.

Hökumət Federal Şuranın və İsveçrənin Federal Kanslerinin siyasətçinin ailəsinə və yaxınlarına başsağlığı verdiyini bildirib. Yaxınları mediadan onlarla əlaqə saxlamamağı və yaslarına hörmətlə yanaşmağı xahiş ediblər.

Simonazi 2008-ci ilin noyabrında vitse-kansler və İsveçrə Federal Şurasının sədri təyin edilib. 2009-cu il yanvarın 1-dən hökumətin iclaslarında iştirak edir, protokollar aparır, kommunikasiyalarla məşğul olur.

Seçilən
83
9
1

1Mənbələr

Şərh ()
Bağla