AZ

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı öldü

İsveçrə Federal Şurasının sözçüsü və vitse-kansler Andre Simonazzi dağlarda gəzinti zamanı ölüb.

QAZILER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

Məlumata görə, 55 yaşlı Simonazzi mayın 10-da dağlarda gəzinti zamanı huşunu itirib və nəticədə ölüb.

Mərhumun ailəsi mətbuatdan xahiş edib ki, onlarla əlaqə saxlanasınlar və kədərlərinə hörmət etsinlər.

Qeyd edək ki, Simonazzi 2008-ci ildən İsveçrənin vitse-kansleri və Federal Şuranın sözçüsü vəzifəsində çalışırdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
15
qaziler.az

10Mənbələr