AZ

Litvada prezident seçkilərində səsvermə başlayıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Litvada

Bakı, 12 may, AZƏRTAC

Litvada müstəqillik əldə etdikdən sonra səkkizinci prezident seçkiləri üçün yerli vaxtla saat 07:00-da təxminən 1900 seçki məntəqəsi açılıb. Eyni zamanda, ikili vətəndaşlığın tətbiqi ilə bağlı referendum keçirilir.

AZƏRTAC xəbər verir ki, ölkənin 2,889 milyon sakini və xaricdəki Baltikyanı respublika vətəndaşlarından 2385 nəfəri səsvermə hüququna malikdir. Litva prezidenti səsvermə yolu ilə beş il müddətinə seçilir. Namizədlər üçün 40 yaş həddi, habelə Litva vətəndaşı olmaq və ən azı son üç il ərzində ölkədə yaşamaq tələbi var.

Dövlət başçısı postu uğrunda 8 namizəd mübarizə aparır. Onlardan 4-ü siyasi partiyalar, 4-ü isə özünün namizədliyini irəli sürüb. Qalib gəlmək üçün namizəd səslərin 50 faizdən çoxunu almalıdır. Əgər namizədlərdən heç biri bunu bacarmasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.

Seçilən
15
7
1

1Mənbələr

Şərh ()
Bağla