AZ

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir

Litvada müstəqillik dövründəki səkkizinci prezident seçkisi və ikili vətəndaşlığın tətbiqi ilə bağlı referendum keçirilir.

Ölkənin 2,889 milyon sakini və xaricdəki Baltikyanı respublika vətəndaşlarından 2 385 nəfəri səsvermə hüququna malikdir.

Litva Prezidenti birbaşa gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Namizədlər üçün 40 yaş həddi, habelə mənşəyinə görə Litva vətəndaşı olmaq və ən azı son üç il ərzində ölkədə yaşamaq tələbi var.

Dövlət başçısı postu uğrunda səkkiz namizəd mübarizə aparır. Onlardan dördü siyasi partiyalar, dördü isə müstəqil şəkildə namizədliyini irəli sürüb. Ekspertlərin fikrincə və sosioloji sorğulara əsasən, favoritlər hazırkı prezident, ikinci müddətə prezident olmaq istəyən 59 yaşlı Gitanas Nauseda, 49 yaşlı baş nazir İnqrida Şimonite və müstəqil namizəd, hüquqşünas 48 yaşlı İqnas Vegeledir. Qalib gəlmək üçün namizəd səslərin 50%-dən çoxunu almalıdır. Mayın 12-də iddiaçılardan heç biri bunu bacarmasa, iki həftə sonra ilk mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.

İlkin nəticələrin gecə yarısından sonra məlum olacağı gözlənilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
7
azxeber.com

10Mənbələr