AZ

Ukrayna Silahlı Qüvvələri Donetski raketlə vurdu - VİDEO

Ukrayna ordusunun Donetskdə “Paradise” hotelinə raket zərbəsi endirməsi nəticəsində azı beş nəfər həlak olub, daha altı nəfər yaralanıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlumata görə, zərbələr HIMARS Yaylım Atəşli Reaktiv Sistemindən həyata keçirilib.

Hadisə yerində əməliyyat xidmətləri və istintaq qrupu işləyir, dağıntılar təmizlənir.

Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri bu gün Luqansk vilayətində neft anbarını da vurub. Son məlumatlara görə hadisə nəticəsində dörd nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Mənbə: Dnr-news.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
6
oxu.az

7Mənbələr