AZ

Əvəzedicilər Liqası: 34-cü turun hakim təyinatları açıqlandı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 34-cü turun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

34-cü tura bu gün keçiriləcək bir oyunla start veriləcək. Turun qalan qarşılaşmaları mayın 12-də və 13-də keçiriləcək.

Əvəzedicilər Liqası
34-cü tur
11 may

“Neftçi-2” – “Kəpəz-2”
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Mirnihad Seyidov, Maqsud Şamıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

12 may

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2”
Hakimlər: Mahmud Bağırzadə, Vüqar Bayramov, Nurlan Əhmədzadə, Emin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 16:00.

13 may

“Zirə-2” – “Qarabağ-2”
Hakimlər: Səbuhi Bayramov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Vüqar Alıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.

“Sumqayıt-2” – “Səbail-2”
Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Ruslan Babayev, Xalid Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Qəbələ-2” – “Sabah-2”
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

Seçilən
124
1
1

1Mənbələr

Şərh ()
Bağla