AZ

Əvəzedicilər: “Qarabağ” Zirədə tək qolla qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 34-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Qəbələ” ilə “Sabah”ın əvəzedicilərinin dörd qolluq oyununda qalib müəyyənləşməyib. “Sumqayıt”la “Səbail”in əvəzedicilərinin görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Zirə”nin ikinci komandasının qonağı olan “Qarabağ”ın əvəzediciləri isə minimal hesabla qalib gəliblər.

Əvəzedicilər Liqası
34-cü tur
11 may

“Neftçi-2” – “Kəpəz-2” 8:1
Qollar: Həbib İsmayılov, 10; 44; 45; 45+2. Cavanşir Şahbazlı, 38. Murad Məmmədov, 62. Aşqin Abazərov, 67. Elcan Əbilov, 81 – Amur Yusifov, 41.
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Mirnihad Seyidov, Maqsud Şamıyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

12 may

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” 1:2
Qollar: Nihad Həsənov, 11 – Məzahir Məmmədzadə, 54. Raul Məmmədov, 60.
Hakimlər: Mahmud Bağırzadə, Vüqar Bayramov, Nurlan Əhmədzadə, Emin Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 16:00.

13 may

“Zirə-2” – “Qarabağ-2” 0:1
Qol: Rauf Məhərrəmov, 51.
Hakimlər: Səbuhi Bayramov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Vüqar Alıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.

“Sumqayıt-2” – “Səbail-2” 1:1
Qollar: Uğur Cahangirov, 40-pen – Ayaz Mikayılov, 73.
Hakimlər: Alik Yunusov, Zakir Şükürzadə, Ruslan Babayev, Xalid Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Qəbələ-2” – “Sabah-2” 2:2
Qollar: Mehrac Baxşalı, 18. Xəyyam Məmmədli, 85 – İdris İnqilablı, 62. Emil Həbibov, 81.
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
arena.az

5Mənbələr