AZ

Əfqanıstanda daşqınlar nəticəsində 150 ​​nəfər həyatını itirib, 114 nəfər isə yaralanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.


Əfqanıstanın Taxar, Baqlan, Qor və Herat əyalətlərində yağan güclü yağış daşqınlara səbəb olub. Bir çox yaşayış məntəqələri su altında qalıb. 

"Operativ Media" xəbər verir ki, Baqlan Qubernatorunun müavini Molla Ələm Məcidi verdiyi açıqlamada baş verən seldə 130 nəfərin həyatını itirdiyini, 100 nəfər yaralandığını deyib.

O, ölənlərin sayının artacağının gözləndiyini vurğulayıb.

Taxar Fəlakət İdarəsi sədri Əhməd Sir Sacid bildirib ki, Namak Ab, İşkamiş, Fərxar və Kafqan bölgələrində 20 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Sacidin sözlərinə görə, 300 evə, elektrik və rabitə infrastrukturuna ciddi ziyan dəyib.

Seçilən
36
35
1

1Mənbələr

Şərh ()
Bağla