AZ

Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub

Bakı. Trend:

Əfqanıstanın qərbindəki Qor vilayətində daşqınlar nəticəsindəson sutka ərzində azı 50 nəfər ölüb, on nəfər itkin düşüb.

Trend Sinxua agentliyinə istinadən xəbər verir ki, əyalətpolisinin mətbuat katibi Əbdülrəhman Badres daşqınların bir neçərayonu əhatə etdiyini, 2 min evin və 2500 mağazanın dağıldığınıbildirib.

Leysan yağış və daşqınlar qonşu Herat və Fərəh əyalətlərinin dəyolunu bağlayıb.

Xatırladaq ki, Əfqanıstanda son bir ayda baş verən şiddətlidaşqınlar çoxsaylı insan tələfatına və maddi ziyana səbəb olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
35
az.trend.az

10Mənbələr