AZ

Azərbaycan Basketbol Liqası: Bu gün ikinci finalçı bəlli ola bilər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan

Bakı, 11 may, AZƏRTAC

Bu gün Azərbaycan Basketbol Liqasında növbəti finalçı müəyyənləşə bilər.

AZƏRTAC xəbər verir ki, “Xəzri” və “NTD-İndiqo” komandaları yarımfinalda ikinci dəfə üz-üzə gələcəklər. “Sərhədçi” İdman Mərkəzində oynanılacaq görüş saat 19:30-da start götürəcək.

Komandalar arasında seriyanın ilk matçı “Xəzri”nin 63:61 hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt təmsilçisi bu gün də qələbə qazansa, adını finala yazdıracaq. Qarşılaşma Xaçmaz təmsilçisinin üstünlüyü ilə bitərsə, mayın 13-də seriyanın üçüncü matçı oynanılacaq.

Qeyd edək ki, bu cütün qalibi finalda “Sabah”ın rəqibi olacaq.

Seçilən
176
50
1

1Mənbələr

Şərh ()
Bağla