AZ

Əli Əsədov Mixail Mişustini Rusiya hökumətinin sədri təyin olunması münasibətilə təbrik edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Baş nazir Əli Əsədov Mixail Mişustini Rusiya hökumətinin sədri təyin olunması münasibətilə təbrik edib.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məkumat yayıb.

Əli Əsədov təbrikində M.Mişustinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan çoxşaxəli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəni qeyd edib.

M.Mişustinin rəhbərlik etdiyi hökumətin fəaliyyətinin bundan sonra da Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Seçilən
133
41
1

1Mənbələr

Şərh ()
Bağla