AZ

Əli Əsədov Rusiyanın Baş nazirini təbrik edib

Mişustinin Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfə qeyd edilib
Azərbaycanın Baş naziri Əli Əsədov Mixail Mişustini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Bu barədə AYNA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir M.Mişustinin Azərbaycanla Rusiya arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan çoxşaxəli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəni qeyd edib.
M.Mişustinin rəhbərlik etdiyi hökumətin fəaliyyətinin bundan sonra da iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və strateji tərəfdaşlığın dərinləşməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
296
41
ayna.az

10Mənbələr