AZ

Bakıda daha bir bina sökülür - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli bina sökülür.

Bakupost.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin bəziləri ərazidə yeni bina tikəcək şirkətlə razılığa gələ bilmədiklərini iddia ediblər.

Sakinlərin sözlərinə görə, şirkət onları söküntüyə razılıq vermədiklərinə görə məhkəməyə verib.

Tikinti korporativinin hüquqşünası isə bildirib ki, sakinlərin iddiaları əsassızdır:

“Digər sakinlərin hamısı razılaşaraq köçüblər. Sadəcə bir neçə ailə evləri üçün fantastik məbləğ tələb edir və mənzillərdən çıxmamaqla digər sakinlərin də hüquqlarını pozurlar”.

O da bildirilib ki, ilkin olaraq 130 sakinin köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, Bakının Nəsimi rayonu, Abbas Səhhət 25 ünvanında da söküntü işləri aparılır.

Ətraflı süjetdə:




Seçilən
314
22
1

1Mənbələr

Şərh ()
Bağla