AZ

Bakıda daha bir bina sökülür - VİDEO

Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən üçmərtəbəli bina sökülür. Amma sakinlərin bəziləri ərazidə yeni bina tikəcək şirkətlə razılığa gələ bilmədiklərini iddia edirlər.

Azmedia.Az məlumatına görə, sakinlər deyirlər ki, şirkət onları söküntüyə razılıq vermədiklərinə görə məhkəməyə verib.

Tikinti korporativinin hüquqşünası isə bildirib ki, sakinlərin iddiaları əsassızdır. Digər sakinlərin hamısı razılaşaraq köçüblər. Sadəcə bir neçə ailə evləri üçün fantastik məbləğ tələb edir və mənzillərdən çıxmamaqla digər sakinlərin də hüquqlarını pozurlar.

O da bildirildi ki, ilkin olaraq 130 sakinin köçürülməsi planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

xezerxeber.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
357
22
arazmedia.az

10Mənbələr