AZ

Taylandda isti hava səbəbindən 61 nəfər ölüb

Taylandda 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilər səbəbindən 61 nəfər ölüb. Paytaxt Banqkok və ölkənin şimal-şərq bölgələri üçün isti hava xəbərdarlığı edilib.

Sitat.info xəbər verir ki, Tayland Səhiyyə Nazirliyindən verilən açıqlamada bu ilin əvvəlindən 61 nəfərin isti vurmasından öldüyü bildirilib.

Açıqlamada havanın temperaturunun 40 dərəcəni keçdiyi paytaxt və ətrafı və şimal-şərq rayonları üçün istilər xəbərdarlığı edilib, yaşlı və xroniki xəstələr günvurmaya qarşı diqqətli olmağa çağırılıb.

Kənan Yusif 

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq