AZ

Taylandda isti hava səbəbindən 60-dan çox insan ölüb

Bakı. TurkicWorld:

Taylandda isti hava səbəbindən 60-dan çox insan ölüb.

TurkicWorld xəbər verir ki, bu barəədə Tayland Səhiyyə Nazirliyi açıqlama verib.

Qeyd edilib ki, Taylandda 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilər səbəbindən 61 nəfər ölüb.

Açıqlamada havanın temperaturunun 40 dərəcəni keçdiyi paytaxt və ətrafı və şimal-şərq rayonları üçün istilər xəbərdarlığı edilib, yaşlı və xroniki xəstələr isti vurmağa qarşı diqqətli olmağa çağırılıb.

Ölkənin şimalındakı Lampanq bölgəsində həftə ərzində temperatur 44,2 dərəcəyə yüksələrək 2023-cü ilin milli temperatur rekorduna 44,6 dərəcə yaxınlaşıb.

Qeyd olunur ki, El Nino hava fenomeni ilin ən isti dövrünü yaşayan Cənub-Şərqi Asiya ölkələrində istidən ölüm riskini artırır.

Hafiz Rufizoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
2
turkic.world

5Mənbələr