AZ

Bakıda taksi qiymətləri niyə bahalaşıb?

Bakı. Trend:

Son günlər Bakıda taksi xidməti qiymətlərində bahalaşma müşahidəedilir. Qiymətlərin bahalaşması bir neçə səbəblə izah olunur.Bahalaşmanı taksi sürücüləri də təsdiqləyirlər.

Məsələni Trend-ə şərh edən nəqliyyat məsələləri üzrə ekspertElməddin Muradlı bildirib ki, yeni qərar qiymət artımına təsiredib.

"Taksi xidməti ilə məşğul olan operatorlar artıq 1999-2000-ciillərin istehsalı olan avtomobilləri sistemdə bloklamağa başlayıb.Bu proses 2010-cu il istehsalı olan avtomobillərə də mərhələlişəkildə tətbiq ediləcək. Bununla taksi fəaliyyəti ilə məşğul olanşəxsdən yeni avtomobildən istifadə edilməsi tələb olunacaq. Həminşəxslər məcburən ili təzə olan avtomobil almalı olacaq.

Belə avtomobillər də bahadır. Bütün bu xərclərin qarşılığındataksi fəaliyyəti göstərən şəxs ucuz qiymətə sərnişin daşımaqistəmir. Taksi operatorları da sərnişinlərə ekonom, biznes-klas,VİP xidmət təklif edir. Təzə avtomobillə heç kim ekonom xidmətəqoşulmaq istəmir. Belə olduqda qiymətlər bahalaşır. Taksisürücülərini də qınamaq olmaz", - o bildirib.

Ekspert qeyd edib ki, paytaxtda ictimai nəqliyyat qaydasındadeyil.

"Yaxın zamanlarda bu problemin həllini gözləmək olmaz. Buproseslər paralel şəkildə aparılsaydı, daha yaxşı nəticə əldə etməkolardı. Qəbul edilən qərarlar və qanunlar fonunda taksi fəaliyyətiilə məşğul olanlar azalır. Bu qərarlar dünyanın bir çox ölkələrindətətbiq edilir. Lakin orada ictimai nəqliyyat yüksək səviyyədəfəaliyyət göstərir və çeşidləri çoxdur.

Əvvəllər taksi ilə 5 manata gedə biləcəyimiz məsafəni indi 8manata gedirik. Bu da çox ciddi rəqəmdir və taksi xidmətininbahalaşmasının əyani göstəricisidir", - deyə o qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texnikigöstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”itəsdiqləyib.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
12
Mənbələr
Şərh ()
Bağla