AZ

Bakıda taksi qiymətləri bahalaşdı

Son günlər Bakıda taksi xidməti qiymətlərində bahalaşma müşahidə edilir. Qiymətlərin bahalaşması bir neçə səbəblə izah olunur. Bahalaşmanı taksi sürücüləri də təsdiqləyirlər.

Publika.az xəbər verir ki, məsələni Trend-ə şərh edən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, yeni qərar qiymət artımına təsir edib.

"Taksi xidməti ilə məşğul olan operatorlar artıq 1999-2000-ci illərin istehsalı olan avtomobilləri sistemdə bloklamağa başlayıb. Bu proses 2010-cu il istehsalı olan avtomobillərə də mərhələli şəkildə tətbiq ediləcək. Bununla taksi fəaliyyəti ilə məşğul olan şəxsdən yeni avtomobildən istifadə edilməsi tələb olunacaq. Həmin şəxslər məcburən ili təzə olan avtomobil almalı olacaq.

Belə avtomobillər də bahadır. Bütün bu xərclərin qarşılığında taksi fəaliyyəti göstərən şəxs ucuz qiymətə sərnişin daşımaq istəmir. Taksi operatorları da sərnişinlərə ekonom, biznes-klas, VİP xidmət təklif edir. Təzə avtomobillə heç kim ekonom xidmətə qoşulmaq istəmir. Belə olduqda qiymətlər bahalaşır. Taksi sürücülərini də qınamaq olmaz", - o bildirib.

Ekspert qeyd edib ki, paytaxtda ictimai nəqliyyat qaydasında deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
229
12
publika.az

10Mənbələr