AZ

Londona gələn şahzadəsi Harri atasını ziyarət etmədi

Britaniya şahzadəsi Harri Londonda Invictus Oyunlarının yubiley mərasimində iştirak edib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-a köçən Harri bu səfəri zamanı xərçənglə mübarizə aparan atası Kral Çarlz ilə görüşməyib. Atasının sarayından cəmi 3 kilometr aralıda keçirilən tədbirə qatılan Harri əvəzində mərhum anası Ledi Diananın ailəsi ilə görüşüb. Mərasimdə Harriyə əmisi və bibisi dəstək olub. Həmin zaman Kral həyat yoldaşı Kraliça Kamilla ilə Bukingem sarayında mövsümün ilk bağ ziyafətini verib. Ötən gün Bukingem Sarayı Kral Çarlzın Harrinin Ordu Hərbi Hava Qüvvələri qərargah polkovniki vəzifəsini böyük qardaşı, Vəliəhd Şahzadə Uilyama təhvil verəcəyini bildirib. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla