AZ

"Gələcəyin formalaşdırılması: Strateji uzaqgörənlik" mövzusunda tədbir keçirilib - YENİLƏNİB - FOTOLAR

Bu gün ADA Universitetində "Gələcəyin formalaşdırılması: Strateji uzaqgörənlik", həmçinin “Strateji uzaqgörənlikdə Azərbaycanın təcrübəsi” mövzularında tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə yüksəksəviyyəli xarici qonaqlar, YUNESKO və ICESCO-nun, habelə beynəlxalq tədqiqat institutlarının nümayəndələri, eləcə də bp Azərbaycan, "PASHA Holding" və COP29 rəsmiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri, Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi Anar Kərimov bildirib ki, bu dəyirmi masanın təşkil olunması rəmzi məna daşıyır: "Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu insan Azərbaycanın müstəqilliyini təmin etdiyimiz dövrdə gəldi və İlham Əliyev onun siyasətini uğurla davam etdirir. Gələcəyə baxış həm dövlət, həm də özəl sektor üçün çox vacibdir. Təqdim edəcəyimiz siyasətlər gələcəyə baxışımızdan asılı olacaq. Risklər də mürəkkəbdir. Texnoloji inkişaf da risklərə çevrilə bilər. Müasir dünyada biz bunların çoxu ilə üzləşirik. Əminəm ki, konfrans bir çox məsələlərə işıq salacaq".

Bu sözlərə istinad edən energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov deyib ki, hazırda qalıq yanacaqların istifadəsi və ya ondan imtinası ilə bağlı geniş müzakirələr gedir: "Bizim əsas vəzifəmiz COP29 çərçivəsində etimad mühiti yaratmaq və bununla da iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Bu, bizim üçün çox vacibdir və uğurlu nəticələr gözləyirik”.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Dr. Salim M. AlMalik çıxış edib.

Yüksəksəviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək tədbirdə YUNESKO və ICESCO-nun, habelə beynəlxalq tədqiqat institutlarının nümayəndələri, eləcə də bp Azərbaycan, "PASHA Holding" və COP29 rəsmiləri "Gələcəyin formalaşdırılması: Strateji uzaqgörənlik", həmçinin “Strateji uzaqgörənlikdə Azərbaycanın təcrübəsi” kimi mövzularda çıxış ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla