AZ

"Milyonçu" proqramı tarixində unudulmaz FIRILDAQ

2001-ci ildə İngiltərədə keçirilən "Milyonçu" proqramına qatılan mayor Çarlz İnqram 1 milyon funt-sterlinq mükafatı qazanıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, daha sonra aparılan araşdırma nəticəsində Çarlzın suallara cavabı studiyadakı başqa bir iştirakçının və həyat yoldaşının öskürəklərindən istifadə edərək tapdığı məlum olub. Hadisənin üstündən 23 il keçməsinə baxmayaraq, bu fırıldaq hadisəsi hələ də gündəmdədir. Beləki,  Çarlz İnqram bu hadisədən sonra ordudan qovulub və həyat yoldaşı ilə birlikdə həbsə məhkum edilib. Cəzasını çəkdikdən sonra azadlığa çıxan İnqram bir çox iş üçün müraciət etsə də, heç kim ona iş verməyib. Qeyd edək ki, Çarlz həyatında üç dəfə “Milyonçu" proqramına qoşulub. Birinci dəfə o, 32 min funt-sterlinq qazanıb. 2001-ci ildə isə o, bütün suallara düzgün cavab verərək 1 milyon funt-sterlinqin qalibi olub. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
manset.az

1Mənbələr