AZ

Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Sumqayıt şəhərində qeyd olunub.

 

“İki sahil” xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbir iştirakçıları Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Vurğulanıb ki, şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər ölkəmizə rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib və hər səfəri şəhərin tarixində mühüm hadisələrlə yadda qalıb. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib.

Qeyd olunub ki, bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Yaratdığı inkişaf nümunələri ilə Sumqayıt bu gün Heydər Əliyevin arzuladığı bir səviyyəyə yüksəlib. Ulu Öndərin ideyaları və Prezident İlham Əliyevin inkişaf siyasəti şəhərin tərəqqisinin təməlində dayanan əsas prinsiplərdir. Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq Sumqayıt Azərbaycanın yeni inkişaf mərhələsində də qürurdoğuran inkişaf nümunələrinə imza atacaq.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev parkında ağac əkiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq