AZ

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

Ulyanovsk, 10 may, AZƏRTAC

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin abidəsinin önünə təntənəli gül qoyulması mərasimi keçirilib.

Mərasimdə qubernator Aleksey Russkix, şəhər meri Aleksandr Boldakin, Ulyanovsk Şəhər Dumasının sədri İlya Nojeçkin, şəhərin Azərbaycan diasporunun nümayəndələri, həmçinin Heydər Əliyev adına 78 nömrəli məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (URANKA) sədri, Ulyanovsk vilayəti qubernatorunun müşaviri İslam Hüseynov mərasimdə çıxış edərək qeyd edib ki, 10 may - Ümummilli Lider Heydər Əliyevin doğum günü hər bir azərbaycanlı üçün xüsusi tarixdir. “Bu gün biz müasir Azərbaycanın dövlətçiliyinin əsasını qoyan böyük insana hörmət və ehtiramımızı bildiririk. O, həm də bizim üçün, ən önəmlisi, Rusiya azərbaycanlıları üçün çox vacib olan Azərbaycan ilə Rusiya arasında qarşılıqlı münasibətlərin yeni təməlini qoyub”, - deyə o bildirib.

Qeyd edək ki, vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bir neçə dəfə Ulyanovskda olub. Sovet İttifaqında ən yüksək rəhbər vəzifələrdən birini tutan Ulu Öndər bu şəhərin inkişafı ilə bağlı mühüm qərarların qəbul edilməsində bilavasitə iştirak edib. Ulyanovsk sakinləri hər zaman dünyaşöhrətli siyasi xadimin xatirəsini dərin hörmətlə yad edirlər. Məhz buna görə də Ulyanovskun mərkəzi meydanlarından birinə Heydər Əliyevin adı verilib. Meydanın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Burada Azərbaycan xalqının Ümummilli Liderinə möhtəşəm abidə ucaldılıb. Şəhərdə, həmçinin Heydər Əliyev adına məktəb fəaliyyət göstərir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Ulyanovsk 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
349
50
azertag.az

10Mənbələr