AZ

Türkmənistanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyi qeyd edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində tədbir keçirilib.

APA-nın mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə Türkmənistan səfirliyi məlumat yayıb.

Əvvəlcə səfir Qismət Gözəlov və qonaqlar ulu öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.

Sonra səfir ümummilli liderin həyat və fəaliyyətindən bəhs edib. O, Azərbaycanın müasir dövlətçiliyinin qurulmasında, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutmasında və tanınmasında, iqtisadiyyatın dirçəldilməsində ulu öndər Heydər Əliyevin əvəzedilməz rolu haqqında qonaqlara geniş məlumat verib.

Tədbirdə eyni zamanda, Türkiyənin Türkmənistandakı səfiri Ahmet Demirokti çıxış edib və türkiyəli iş adamı Sefa Gömdeniz Ulu Öndər haqqında öz xatirələrini bölüşüb, ömrünü xalqına fədakar xidmətə həsr etmiş bu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib.

Tədbirdə həmçinin, Türkmənistanda yaşayan azərbaycanlılar, ictimaiyyət və media təmsilçiləri iştirak edib.

Türkmənistanda Türkmənistanda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
Mənbələr
Şərh ()
Bağla