"Bayer" Avroliqa yarımfinalının cavab oyununda "Roma" ilə heç-heçə edərək (2:2) ikinci finalçı olub.
Offsideplus.az xəbər verir ki, daha əvvəl "Borussiya" Çempionlar Liqasının finalına yüksələrək sensasiyalı şəkildə PSJ-ni turnirdən kənarlaşdırmışdı.
Beləliklə, Almaniya klubları 2001/02 mövsümündən sonra ilk dəfə həm Çempionlar Liqasının, həm də Avropa Liqasının final mərhələsində təmsil olunacaqlar.
Almaniya klubları tarixdə 6 dəfə belə nəticə əldə ediblər.