AZ

"Heydər Əliyev müasir Azərbaycanın banisidir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Heydər Əliyev o qədər böyük şəxsiyyətdir ki, Onun haqqında saatlarla, günlərlə danışmaq olar. Çünki bizim dövlət kimi, millət kimi mövcudluğumuzun, parçalanmamağımızın, inkişafımızın, uğurlarımızın əsas səbəbkarı həqiqətən də Ulu Öndərdir!”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.

Deputat sözlərinə belə davam edib: “Ümummilli Lider hakimiyyət postunu ən ağır, ən məşəqqətli zamanlarda təhvil alıb. Hansı ki, həmin vaxt ölkəmizi didməyə, dağıtmağa hazır olan qüvvələr ayaq üstə idilər. Fəqət, onların bu istəyi, bu arzusu gerçəkləşmədi. Çünki qarşılarında Heydər Əliyev var idi.

Ulu Öndər xalqın dəstəyi və millətin iradəsi ilə bütün çətinliklərə sinə gəldi, müstəqil siyasətin, milli strategiyanın təməlini qoydu, ölkəmizi işıqlı gələcəyə doğru apardı. Məhz bu səbəbdən də biz hər zaman deyirik ki, Heydər Əliyev müasir Azərbaycanın banisidir. Bəli, məhz banisi!

Heydər Əliyev əbədiyaşar şəxsiyyətdir! Onun əziz adı, xatirəsi daim bizim qəlbimizdədir. Ruhu şad olsun. Və əminəm ki, şaddır! Çünki canından çox sevdiyi Azərbaycan nəhayət ki, öz suverenliyinə qovuşub. Çünki Qarabağ artıq düşmən tapdağında deyil. Çünki Ulu Öndərin təməlini qoyduğu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən ən mükəmməl, ən uğurlu, ən layiqli şəkildə davam etdirilir!”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla