AZ

Budaq Nəsirov 4 oyunluq cəzalandı

style='margin-bottom:10px;'>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda 1-ci liqanın 25-ci, 2-ci liqanın 24-cü turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

AFFA-nın yaydığı məlumatda bildirilir ki, 1-ci liqada “Şamaxı” – “Karvan” oyununun 10-cu dəqiqəsində “Karvan”ın futbolçusu Budaq Nəsirov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Karvan” klubu 300 manat cərimə edilib.

“Mingəçevir” – “Zaqatala” oyununun 90-cı dəqiqəsində “Zaqatala” klubunun baş məşqçisi Rüstəm Məmmədov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Zaqatala” klubu 150 manat cərimə edilib.

“Kürmük Qax” – “Şəmkir” oyununun 29-cu dəqiqəsində “Kürmük Qax” klubunun futbolçusu Nail Təhməzli təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kürmük Qax” klubu 300 manat cərimə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
teleqraf.com

1Mənbələr