AZ

Almatıda XİN rəhbərlərinin görüşü başladı - Video - Yenilənir

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş başlayıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu Dostluq Evində baş tutur.

C.Bayramov və A.Mirzoyanı Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.

Tərəflər daha sonra mətbuata açıqlama verəcəklər.

Qeyd olunur ki, məhz bu binada 1991-ci il Alma-Ata Bəyannaməsi imzalanıb.

Xatırladaq ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov açıqlamasında ölkəsinin danışıqlarda vasitəçi olmadığını bildirmişdi: “Almatıda keçiriləcək danışıqlar sırf Azərbaycanla Ermənistan arasında baş tutacaq. Burada Qazaxıstanın vasitəçiliyindən söhbət getmir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
4
Mənbələr
Şərh ()
Bağla