AZ

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başa çatıb - YENİLƏNİB 

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başa çatıb.



Referans.az xəbər verir ki, danışıqlar 4 saatdan çox davam edib.

***

15:25

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş başlayıb.



Referans.az xəbər verir ki, görüş Qazaxıstanın Almatı şəhərində keçirilir.


Qeyd edək ki, ikitərəfli görüşdən daha əvvəl Qazaxıstan xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüş keçirilib.


***


14:03

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.



“Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.


Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.//APA


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
254
3
referans.az

10Mənbələr