AZ

İSESCO Azərbaycanda regional ofis açacaq

Bakı. Trend:

Mayın 12-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının(ICESCO) Azərbaycanda regional ofisi açılacaq.

Trend xəbər verir ki, bubarədə bu gün ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-MalikADA Universitetində “Gələcəyin formalaşdırılması: stratejiuzaqgörənlik” mövzusunda dəyirmi masada çıxşı zamanı jurnalistlərəbildirib.

“Mayın 12-də Azərbaycanda regional ofis açırıq”, - deyə ovurğulayıb.

Onun sözlərinə görə, sabahın gözləntiləri, gələcəyin stratejiproqnozlaşdırılmasının bütün məsələlərinin müzakirəsinə həsrolunmuş bugünkü dəyirmi masa çox vacib hadisədir.

"Əminəm ki, müzakirə zamanı dəyirmi masada ICESKO və üzvdövlətlərimiz üçün çox vacib olacaq bəzi tövsiyələr hazırlanacaq",- deyə o əlavə edib.

Qeyd edək ki, bu gün ADA Universitetində həmin universitetinnəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun(Institute for Development and Diplomacy - IDD) təşkilatçılığı ilə“Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik” mövzusundadəyirmi masa keçirilir. Tədbirdə yüksək vəzifəli xadimlər,səfirlər, Azərbaycandan ekspertlər və ICESCO-nun üzvləri iştirakedirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
1
Mənbələr
Şərh ()
Bağla