AZ

İSESCO Azərbaycanda regional ofis açacaq

Mayın 12-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Azərbaycanda regional ofisi açılacaq.

Olaylar xəbər verir ki, bu barədə bu gün ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik ADA Universitetində "Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik" mövzusunda dəyirmi masada çıxşı zamanı jurnalistlərə bildirib.

"Mayın 12-də Azərbaycanda regional ofis açırıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, sabahın gözləntiləri, gələcəyin strateji proqnozlaşdırılmasının bütün məsələlərinin müzakirəsinə həsr olunmuş bugünkü dəyirmi masa çox vacib hadisədir.

"Əminəm ki, müzakirə zamanı dəyirmi masada ICESKO və üzv dövlətlərimiz üçün çox vacib olacaq bəzi tövsiyələr hazırlanacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün ADA Universitetində həmin universitetin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy - IDD) təşkilatçılığı ilə "Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik" mövzusunda dəyirmi masa keçirilir. Tədbirdə yüksək vəzifəli xadimlər, səfirlər, Azərbaycandan ekspertlər və ICESCO-nun üzvləri iştirak edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
olaylar.az

2Mənbələr