AZ

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu,görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideriHeydər Əliyevin anadan olmasından 101 il keçir.

Trend xəbər verir ki, bu münasibətlə Səhiyyə Nazirliyininrəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək ulu öndər HeydərƏliyevin məzarı önünə gül dəstələri düzüb, əziz xatirəsiniehtiramla yad edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanınxatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklərdüzülüb.

Həmçinin, görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin,istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklərqoyulub.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli səhiyyəsinininkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Respublikadapeşəkar tibbi kadrların hazırlanması da məhz Ulu Öndərin adı iləbağlıdır.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
7
Mənbələr
Şərh ()
Bağla